Britaniya səfiri: “Azərbaycan əsgərinə qarşı edilən zorakılığı izləmək dəhşətlidir” - FOTO

Britaniya səfiri: “Azərbaycan əsgərinə qarşı edilən zorakılığı izləmək dəhşətlidir” - FOTO
Siyasət 65

“Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış videonu izləmək dəhşətlidir”.

BAKU.WS xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld öz tvitter hesabında yazıb.

“Beynəlxalq humanitar hüquq qanunlarına görə bu cür rəftar yolverilməzdir. Regionda dayanıqlı sülhə nail olmaq üçün bu kimi hallar pislənməlidir”, - deyə o bildirib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov itkin düşmüşdülər. Onlardan biri aprelin 11-də erməni polisi tərəfindən saxlanılmışdı.

Son xəbərlər