BRICS ölkələri Kazan Sammitinin Bəyannaməsini təsdiqləyiblər

BRICS-ə üzv dövlətlərin başçıları Kazan Bəyannaməsini qəbul ediblər. Bu sənəd yüksəksəviyyəli görüşün və Rusiyanın birliyə sədrliyi dövründəki bütün nəticələri əks etdirir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, sənədin təsdiqlənməsi barədə BRICS sammitinin ev sahibi qismində Rusiya Prezidenti Vladimir Putin məlumat verib.
Rusiya lideri genişləndirilmiş tərkibdə iclasdan sonra həmkarlarından soruşub:
"Bu bəyannaməyə dair hər hansı etiraz və ya qeyd varmı? Əgər yoxdursa, bəyannaməni qəbul edilmiş hesab etməyi təklif edirəm".
Putin genişləndirilmiş tərkibdə iclasın yekunlarını ümumiləşdirərək deyib:
"Qeyd etmək istəyirəm ki, biz onu (BRICS sammitinin Kazan Bəyannaməsini) ümumi birgə sənədimiz kimi yaymağı planlaşdırırıq".
Putinin izah etdiyi kimi, sənəddə dünyada vəziyyətə dair ümumi qiymətləndirmələr, Rusiyanın BRICS-ə sədrliyi dövründəki nəticələr ümumiləşdirilib, uzunmüddətli perspektivdə qarşılıqlı fəaliyyətin istiqamətləri müəyyən edilib. Mətnin özü hələ dərc edilməyib. Daha əvvəl Rusiya prezidenti bildirmişdi ki, bəyannamədə BRICS-in gələcək genişləndirilməsi ilə bağlı qərarlar öz əksini tapmalıdır. Bəzi beynəlxalq mövzular da elan edilmişdi. O cümlədən, Kremlin məlumatına görə, heç kimdə etiraz doğurmayan Ukrayna böhranı ilə bağlı formulu razılaşdırmaq mümkün olub.
Rusiyanın birliyə sədrliyinin əsas hadisəsi olan BRICS-in on altıncı sammiti 22-24 oktyabr tarixlərində Kazanda keçirilir. BRICS birliyi 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb, 2011-ci ildə Cənubi Afrika Respublikası ona qoşulub. 2024-cü il yanvarın 1-dən Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya qrupun tamhüquqlu üzvləri olublar. Kazan Sammiti birliyin yeni üzvlərinin də iştirak etdiyi ilk zirvə toplantısıdır.
Oxşar xəbərlər
Azərbaycanın Fransadakı səfirliyi Heydər Əliyevin doğum günü münasibətilə tədbir keçirib
Azərbaycanın Fransadakı səfirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirib. BAKU.WS xəbər verir ki, bu barəd...
