Braziliyalı nazir: COP29-da adaptasiya gündəlikləri ilə bağlı irəliləyiş həssas ölkələr üçün mühümdür

Braziliyalı nazir: COP29-da adaptasiya gündəlikləri ilə bağlı irəliləyiş həssas ölkələr üçün mühümdür
Foto
Siyasət 10

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) adaptasiya gündəlikləri ilə bağlı bir sıra irəliləyişlər əldə edildi ki, bu da hamı, xüsusilə artıq öz vətəndaşlarının həyatını, ərzaq təhlükəsizliyini, cəmiyyətin rifahı naminə zəruri olan maraqları qorumaq üçün uyğunlaşmalı olan inkişaf edən və həssas ölkələr üçün zəruridir.

"Report" xəbər verir ki, bunu Braziliyanın ətraf mühit və iqlim naziri Marina Silva mətbuat konfransında deyib.

O bildirib ki, həmçinin doqquz illik intensiv danışıqlar və müzakirələrdən sonra karbon kreditini həyata keçirə biləcək strukturların axtarışında uğur əldə edilib: "Biz Braziliyada bu prosesin həqiqətən maksimum dürüstlüklə və şəffaf olması üçün işləməyə davam edəcəyik. Çünki başa düşürük ki, karbon bazarı inkişaf etməkdə olan ölkələrin bütün problem və ehtiyaclarını həll edəcək universal həll olmasa da, vacib bir vasitədir. Dürüstlük və etibarlılıq mühümdür. Hələ də bəzi əsas məsələlər var. Buna maliyyələşdirmə və ədalətli keçidlə bağlı məsələlər də daxildir".

Son xəbərlər