BQXK nümayəndələri Azərbaycanda saxlanılan iki Ermənistan vətəndaşına baş çəkiblər

İyunun 7-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri mayın 26-da Azərbaycanda saxlanılan iki Ermənistan vətəndaşına baş çəkiblər.
Bu barədə komitənin Bakı nümayəndəliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri İlahə Hüseynova report-un sorğusuna cavab olaraq bildirib.
“Onlarla təkbətək görüş keçirilib və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.
Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”, - BQXK nümayəndəsi qeyd edib.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...
