BQXK-nın maşınları “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçib Ermənistana hərəkət ediblər - YENİLƏNİB +VİDEO

Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Qarabağın tibbi ehtiyacları olan 15 erməni sakininin Laçın yolu ilə sərhəd-buraxılış məntəqəsindən keçməklə Ermənistana təxliyəsini həyata keçirib.
Ermənistan KİV xəbər verir ki, eyni zamanda, Ermənistanın tibb mərkəzlərinə müalicəyə göndərilmiş 16 nəfər bu gün ərzində onları müşayiət edən şəxslərlə Xankəndiyə qaytarılacaq.
Xatırladaq ki, Ermənistan tərəfi dəfələrlə Laçın-Xankəndi yolunun bağlanması və Qarabağda yaşayan ermənilərə qarşı guya humanitar böhranın yaranması barədə saxta iddialar irəli sürüb. Buna baxmayaraq, ərazidə baş verənlər onu göstərir ki, bəzi dairələrin iddia etdiyi kimi, yol bağlı deyil. Sadəcə, Ermənistanın son təxribatı ilə bağlı istintaq tədbirləri həyata keçirilir.
BQXK-nın 15 sakini Ermənistana aparmasının görüntülərini təqdim edirik:
***11:50
Laçın rayonu ərazisində Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış sərhəd-buraxılış məntəqəsindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tibbi evakuasiya təyinatlı keçidə şərait yaradılıb.
BAKU.WS xəbər verir ki, bu gün səhər saatlarında BQXK-nın yük və minik avtomobilləri Xankəndidən Ermənistan istiqamətinə keçid ediblər.
Bu, bir daha göstərir ki, bəzi dairələrin iddia etdiyi kimi yol bağlı deyil. Sadəcə, Ermənistanın son təxribatı ilə bağlı istintaq tədbirləri həyata keçirilir.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
