Böyük Britaniyanın müdafiə naziri: Rusiya bizi hər gün kiberhücumlara məruz qoyur
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyanın Müdafiə Naziri Con Hili BBC telekanalına verdiyi müsahibədə bildirib ki, Rusiya hər gün ölkəyə qarşı kiberhücumlar həyata keçirir.
BAKU.WS xəbər verir ki, nazirin sözlərinə görə, bu hücumlar müxtəlif dövlətlər tərəfindən müdafiə sistemlərinə yönələn təxminən 90 min kiberhücuma daxildir. Hili vurğulayıb ki, bu rəqəm 2023-cü illə müqayisədə iki dəfə artıb.
Əvvəllər The Daily Telegraph qəzeti yazmışdı ki, son iki ildə Böyük Britaniyanın Müdafiə Nazirliyi əsasən Rusiya və Çin ərazisindən edilən kiberhücumlarla üzləşib.
Con Hili qeyd edib ki, bu səbəbdən London kiberkomandanlığın qurulması üçün milyardlarla funt sterlinq ayırır.
"Biz dəyişən dünyada yaşayırıq və bu dəyişikliklərə uyğun hərəkət etməliyik. Bu, artan təhlükələr, güclənən Rusiya təhdidi, gündəlik kiberhücumlar, nüvə riskləri və bölgələrdə yüksələn gərginliklərlə dolu bir dövrdür," – deyə o əlavə edib.
Oxşar xəbərlər
Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib
29 oktyabrda xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xa...