Bolqarıstan Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayır

Bolqarıstan Azərbaycan və Ermənistan tərəfindən sülh müqaviləsinin paraflanmasını alqışlayır və iki ölkənin münasibətləri normallaşdırmaq səylərini dəstəkləməyə hazırdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Bolqarıstan tarixi razılaşmanı hər iki tərəfin onilliklər boyu davam edən münaqişələrə son qoymaq üçün xoşməramlılıq və öhdəliyinin əlaməti kimi alqışlayır. Bu, regionda sülh və rifahın yeni dövrünün başlanması istiqamətində mühüm addımı nümayiş etdirir. Bakı və İrəvanı münasibətlərin tam normallaşmasına nail olmaq üçün səmimi səylərində dəstəkləyəcəyik", - XİN-dən bildirilib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" sazişi paraflayıblar.
Oxşar xəbərlər
İsrail XİN Azərbaycan və Ermənistanı təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı ölkələri arasında sülh müqaviləsinin paraflanması münasibətilə təbrik edirik. Bu...
