Boks Federasiyasına yeni prezident seçildi - FOTO - YENİLƏNİB

Azərbaycan Boks Federasiyasında (ABF) hesabat-seçki konfransı keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, tədbir Gənclər və İdman Naziriliyinin inzibati binasında baş tutub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev federasiyanın prezidenti seçilib. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyib.
K.Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olub.
Qeyd edək ki, ABF-yə 2009-cu il yanvarın 23-dən Kəmaləddin Heydərov, daha əvvəl isə Ağacan Abiyev rəhbərlik edib.
***11:01
Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti vəzifəsinə namizəd şəxs müəyyənləşib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.
S.Babayevin bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək ABF-in hesabat-seçki konfransında yeni vəzifəyə seçiləcəyi gözlənilir. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyəcək.
Qeyd edək ki, K.Heydərov ABF-yə 2009-cu il yanvarın 23-dən rəhbərlik edir.

Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...
