BOK-un prezidenti Qoşulmama Hərəkatının Bəyannaməsinə görə İlham Əliyevə təşəkkür edib
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Azərbaycanın sədrlik etdiyi və BMT-nin 193 üzv dövlətindən 120-ni birləşdirən Qoşulmama Hərəkatının Bakıda qəbul olunan Bəyannaməsini alqışlayıb, Prezident İlham Əliyevə təşəkkür edib.
“Report”un xəbərinə görə, BOK prezidenti Tomas Bax göstərdiyi dəstəyə görə Qoşulmama Hərəkatına minnətdarlıq edib.
“BOK Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin dəstəyini ürəkdən alqışlayır. Olimpiya Oyunlarının birləşdirici missiyasına bu güclü bağlılıq bizi çox ruhlandırır. Bu mühüm qətnamənin qəbulunda göstərdiyi təşəbbüsə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”, - T.Bax vurğulayıb.
Yekdilliklə qəbul edilən Bəyannamədə vurğulanır ki, “Paris-2024” Olimpiya və Paralimpiya Oyunlarında bütün 206 Milli Olimpiya Komitəsinin idmançılarının iştirakı bəşəriyyətin birliyinin güclü rəmzi olacaq.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...