BMT rəsmisi: Dünyada 2,8 milyard insan adekvat mənzil şəraiti olmayan yerlərdə yaşayır
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyada 2,8 milyard insan adekvat mənzil şəraiti olmayan yerlərdə yaşayır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin köməkçisi və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun müavini Elizabet Maruma Mrema WUF13 çərçivəsində keçirilən "İqlim-mənzil əlaqəsi bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?" mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mənzil bazarında boşluqların aradan qaldırılması üçün araşdırmalar aparılmalı və problemlər nəzərə alınmalıdır:
"Tikinti şirkətləri iqlim şəraitini nəzərə almır və ancaq öz mənfəətlərini güdürlər. Nəticədə həmin yerlərdə işləyən insanlar əziyyət çəkir. Şirkətlər ən aşağı qiymətə evləri tikir, lakin fəsadlarından xəbərsizdirlər".
BMT rəsmisi qeyd edib ki, burada əsas problem maliyyə məsələsidir.
"Tikintidə dayanıqlı olmayan tikinti materiallarından istifadə edilir. Bahalı və keyfiyyətli ləvazimatlardan istifadə edilmir. Siyasi sferada da bu mənada boşluqlar var. Nəzarət zəifdir".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...