BMT-də "Dekolonizasiya: Sakit İnqilab" konfransında yekun sənəd qəbul olunub

BMT-də Dekolonizasiya: Sakit İnqilab konfransında yekun sənəd qəbul olunub
Foto
Siyasət 25

BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında Bakı Təşəbbüs Qrupunun Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri ilə təşkil etdiyi "Dekolonizasiya: Sakit İnqilab" konfransının sonunda yekun sənəd qəbul edilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, sənəddə kolonializmin dünya miqyasında bərpa edilməsi mümkün olmayan dərin yaralar vurduğu qeyd olunub, kolonial güclərin öz tarixi cinayətlərinə görə davamlı olaraq məsuliyyətə cəlb olunmaqdan imtina etmələri qətiyyətlə pislənilib.

Bəyanatda, həmçinin Fransa və Niderland kimi dövlətlərin bu gün də öz kolonial siyasətlərindən əl çəkmədiyi vurğulanır, onların Qvadelupa, Martinik, Fransız Qvianası, Reyunyon, Mayot, Boneyra, Sin-Marten və digər əraziləri əsarət altında saxlamaqda davam etdikləri vurğulanıb.

Müstəmləkəçilik cinayətlərinin bəşəriyyətə qarşı cinayət olduğu vurğulanaraq, müstəmləkə rejimlərinin törətdikləri cinayətlərə görə ləyaqətli təzminat ödəməli olduqları bildirilib. Əks təqdirdə onlara qarşı beynəlxalq sanksiyaların qəbul edilməsinə dair çağırış edilib.

Bundan əlavə, sənəddə Bakı Təşəbbüs Qrupu kimi QHT-lərə beynəlxalq hüquq çərçivəsində kolonializmin ifşa edilməsi istiqamətində apardıqları fəaliyyətə dəstək ifadə edilib, martın 28-də Fransanın Milli Assambleyasında Bakı Təşəbbüs Qrupuna qarşı qəbul edilmiş qətnamə qətiyyətlə pislənilib.

Sonda tədbir iştirakçıları BTQ-yə tədbirin təşkilinə görə təşəkkürlərini ifadə ediblər.

Son xəbərlər