BMT Azərbaycanın Baş Assambleyanın xüsusi sessiyasının çağırılması tələbini qəbul edib
BMT Azərbaycanın Baş Assambleyanın xüsusi sessiyasının çağırılması tələbini qəbul edib.
"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə Baş Assambleyanın prezidentinin sözçüsü Monika Qreyli jurnalistlərə açıqlamasında deyib.
Belə ki, BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi məktub göndərib.
Məktubda BMT Baş Assambleyasının prezidenti Azərbaycanın Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun sədri qismində fövqəladə xüsusi sessiyanın çağırılması tələbini qəbul etdiyini bildirib.
Qeyd olunub ki, Baş Assambleyanın xüsusi sessiyası 26 oktyabr tarixində BMT-yə üzv olan 120 ölkənin, 18 müşahidəçi ölkənin və 10 müşahidəçi təşkikatın iştirakı ilə BMT-nin Nyu-Yorkdakı qərargahında baş tutacaq.
Oxşar xəbərlər
İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə iştirak edir - YENİLƏNİR + VİDEO
Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü işə başlayıb. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikas...