Blinken: "Azərbaycan və Ermənistan diplomatlarının masa arxasına qayıtması vaxtıdır"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Ermənistan diplomatlarının masa arxasına qayıtması vaxtıdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Nyu-Yorkda Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov ilə üçtərəfli görüşündən sonra tviter hesabında yazıb.
"Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birbaşa danışıqlara ev sahibliyi etdim. Görüş zamanı bildirdiyim kimi, qoşunların ayrılması və diplomatların masa arxasına qayıtması vaxtıdır", - Blinken qeyd edib.
Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-da səfərdədir. Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinkenin Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov ilə üçtərəfli görüşü olub.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...