Blinken: “ABŞ Ermənistan və Azərbaycana kömək etməyə hazırdır”
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ dövlət katibi Entoni Blinken cümə axşamı (15 sentyabr – Red) Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında bildirib ki, ABŞ Ermənistan və Azərbaycana münaqişənin sülh yolu ilə həllinə kömək etməyə hazırdır.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın mətbuat üçün verdiyi yazılı açıqlamasında deyilir.
“Dövlət katibi Ermənistana və Azərbaycana məsələlərin sülh yolu ilə həllinə kömək etməyə hazır olduğumuzu təsdiqləyib. O, diplomatiyanın yeganə irəliyə aparan doğru yol olduğunu deyib və qeyd edib ki, bundan sonra da bu diplomatik prosesdə şəxsən iştirak edəcək”, - deyə Ned Praysa bildirib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...