Biz Azərbaycanın kütləvi qırğın silahlarının qarşısını almaq bacarığını dəstəkləyirik - Səfirlik
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Xəzər dənizində sərhəd və dəniz təhlükəsizliyi üzrə Azərbaycanla tərəfdaşdır.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi açıqlama yayıb.
“ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara ölkəmizə səfər edən doktor Jaklin Kellon ilə görüşüb. Doktor Kellon Beynəlxalq Təhlükəsizlik və Nüvə silahlarının Yayılmaması üzrə Dövlət Departamentinin İxrac Nəzarəti və Əməkdaşlıq İdarəsinin, İxrac Nəzarəti və Əlaqəli Sərhəd Təhlükəsizliyi (EXBS) Proqramında rəhbərdir.
ABŞ Xəzər dənizində sərhəd və dəniz təhlükəsizliyi üzrə Azərbaycanla tərəfdaşdır. Biz Azərbaycanın kütləvi qırğın silahları və narkotik qaçaqmalçılarının qarşısını almaq bacarığını dəstəkləməyə davam edirik”, - səfirlikdən bildirilib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...