Bitərəf deputatların MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
Heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatlarının Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri müəyyənləşib.
BAKU.WS xəbər verir ki, “Report” həmin şəxslərin siyahısını əldə edib.
Siyahını təqdim edirik:
1. Arifə Muxtarova
2. İlham Məmmədov
3. Nizami Nadirxanlı
4. Fuad Cavadov
5. Qabil Orucov
6. Nailə Əsgərova
Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.
Məsələ gələn həftə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...