Bişkekdə TDT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.
"Report"un müxbirinin verdiyi məlumata görə, iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, eləcə də onun Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Macarıstandan olan həmkarları iştirak edirlər.
Görüş TDT sammitinə hazırlıq çərçivəsində keçirilir və "Türk dünyasının gücləndirilməsi: iqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik" mövzusuna həsr olunub.
Qeyd edək ki, Qırğız Respublikasında Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü baş tutacaq.
Oxşar xəbərlər
Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub
Oktyabrın 28-də Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin ü...