Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində etdiyi paylaşımda qadınları təbrik edib.
BAKU.WS xəbər verir ki, paylaşımda deyilir:
Əziz qadınlar!
Beynəlxalq Qadınlar Günü münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, sevinc dolu işıqlı və xoşbəxt anlar, bütün işlərinizdə uğurlar arzulayıram!
Qoy doğma və yaxınlarınızın sevgisi sizin tükənməz enerji mənbəyiniz olsun! Qoy sizin zərifliyiniz, mehribanlığınız və müdrikliyiniz ailə ocağınızın və səadətinizin etibarlı mühafizəçisi olsun!
Tanrı sizi və doğmalarınızı qorusun!"
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...