Beynəlxalq Qızıl Xaç Komitəsi ANAMA-ya 20 dəst fərdi mühafizə vasitələri ianə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) 20 dəst fərdi mühafizə vasitələri ianə edib. Bunlar qoruyucu üst kostyum, dəbilqə, qalxan, zərbəyə davamlı ballistik eynək, diz yastıqları və mina detektoru üçün alət çantalarıdır.
BAKU.WS xəbər verir ki, bu barədə ANAMA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin maddi-texniki bazasının genişləndirilməsinə dəstək məqsədilə ianə edilən ləvazimatların təlim zamanı istifadəsi nəzərdə tutulub.
Agentliyin Təlim və keyfiyyətə təminat şöbəsi tərəfindən yeni müdavimlər, eləcə də ixtisasartırma təlimlərinin keçirilməsində mütəmadi olaraq bu kimi ləvazimatlardan istifadə edilir.
Humanitar minatəmizləmə əməliyyatlarına texniki dəstək və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə istiqamətində fəaliyyət ANAMA ilə BQXK arasında əməkdaşlığa müsbət töhfə verəcək.
Agentlik öz növbəsində humanitar minatəmizləmə fəaliyyətində göstərdiyi diqqət və dəstəyə görə Beynəlxalq Qızıl Xaç Komitəsinə minnətdarlığını bildirir.
Qalereya
Oxşar xəbərlər
BQXK ANAMA-ya 20 dəst fərdi mühafizə vasitələri ianə edib - FOTO
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) 20 dəst fərdi mühafizə vasitələri ianə edib. Bunlar qoruyucu ü...