Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın müraciəti üzrə qərarının vaxtı açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın müraciəti üzrə qərarının vaxtı açıqlanıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, yanvarın 31-də “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi ilə bağlı iş üzrə Azərbaycan Respublikasının Beynəlxalq Ədalət Məhkəməsinə ünvanladığı müvəqqəti tədbirlərin təyin edilməsinə dair müraciət üzrə ictimai dinləmələr başa çatıb.
Belə ki, qərar fevralın 22-də Haaqa Sülh Sarayında keçiriləcək iclasda elan olunacaq. Qərarı iclasa sədrlik edəcək hakim Joan E. Donoghue oxuyacaq.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...