Beynəlxalq axtarışa verilən Gürcüstan vətəndaşı Polşadan Azərbaycana gətirilib

Beynəlxalq axtarışa verilən Gürcüstan vətəndaşı Polşadan Azərbaycana gətirilib.
Baş Prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə, Polşanın hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Gürcüstan vətəndaşı Ağacanov Ülpət Fizuli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Polşa Respublikasının Lodz rayon məhkəməsi tərəfindən təmin edilib.
Ülpət Ağacanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən adam öldürmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib. Şəxs 2024-cü ilin oktyabr ayında Polşanın Kutno şəhərində müəyyən edilərək həbsə alınıb.
03 aprel 2025-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ü.Ağacanov Polşa Respublikasından ölkəmizə gətirilib.

Oxşar xəbərlər
Mirzoyanla Bayramovun diplomatiya dueli: Nəticə nə oldu?
Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb. Proqramın budəfəki buraxılışında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin IV Ant...