Bəxtiyor Səidov Azərbaycanın Özbəkistandakı səfirinin etimadnaməsinin surətini qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Özbəkistanın xarici işlər naziri Bəxtiyor Səidov Azərbaycanın Daşkənddə yeni təyin olunmuş səfiri Rəşad Məmmədovun etimadnaməsinin surətini qəbul edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın xarici siyasət idarəsinin rəhbəri özünün sosial şəbəkələrdəki səhifələrində yazıb.
Görüş zamanı tərəflər siyasi dialoqun yüksək dinamikasının qorunub saxlanılmasına, ticari-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə, eləcə də nəqliyyat və logistika sahəsində birgə layihələrin təşviq edilməsinə diqqət yetiriblər.
"Əminik ki, səfirin zəngin diplomatik təcrübəsi Özbəkistan-Azərbaycan müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsinə və əməkdaşlığımızın yeni praktiki nəticələrlə zənginləşdirilməsinə töhfə verəcək", - B.Saidov yazıb.
Xatırladaq ki, iyulun 24-də Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Məmmədov Azərbaycanın Özbəkistandakı səfiri təyin edilib. R.Məmmədov bundan əvvəl Azərbaycanın Türkiyədəki səfiri vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə rəsmi "Instagram" hesabında paylaşım edib. BAKU.WS həmin paylaşımı təqdim e...