Berlində nəhəng akvarium partladı, küçə bağlandı - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Berlində hoteldə nəhəng akvarium partlayıb.
BAKU.WS Xarici mediaya istinadla xəbər verir ki, Berlinin mərkəzində yerləşən "Raddison Blu" hotelində 16 metrlik nəhəng akvarium partlayıb.
Hadisə yerinə 100-dən çox yanğınsöndürən cəlb edilib.
Bild nəşrinin məlumatına görə, yerli vaxtla səhər saat 6-da nəhəng akvariumdan su sızmağa başlayıb. Nəticədə çat genişlənib və su təzyiqlə ətrafa dağılıb. Akvariumlu otelin yerləşdiyi Karl-Liebknecht-Ştrasse küçəsi bağlanıb. Hadisənin səbəbi hələ müəyyən edilməyib.
Qeyd edək ki, "Sea Life" akvariumunda 1500 tropik balığın olduğu bildirilir.
Qalereya
Oxşar xəbərlər
İyun ayının TOP-10 ən populyar hazır ipoteka evləri - VİDEO
Tut.az Pulsuz Elanlar saytı 2022-ci il iyun ayının TOP-10 ən populyar hazır ipoteka evləri və daxili kredit evləri sizin diqqətinizə təqdim edir: 10. Chevrolet...