Berbok: Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması mümkündür - YENİLƏNİB + FOTO/VİDEO
Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması mümkündür.
"Report" xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla birgə keçirdiyi görüşdə bildirib.
Onun sözlərinə görə, Almaniya normallaşma istiqamətində hər iki tərəfi dəstəkləməyə davam etmək niyyətindədir.
Almaniyanın xarici siyasət idarəsinin rəhbəri hər iki ölkənin böyük iztirab və insan itkiləri ilə dolu keçmişi geridə qoymaq üçün atdığı cəsarətli addımlardan danışıb.
Nazir əlavə edib ki, Azərbaycan və Ermənistan liderləri qalan problemlərin sülh yolu ilə həllinə razılaşıblar: "Almaniya iki ölkə arasında danışıqlara ev sahibliyi etməklə, hər iki ölkənin səylərini dəstəkləməkdə qərarlıdır".
***17:57
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlindəki görüşü üçtərəfli formatda davam edir.
Bu gün Berlində danışıqlardan sonra Ermənistan XİN rəhbəri Ararat Mirzoyan, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Almaniya XİN rəhbəri Annalena Berbok arasında üçtərəfli görüş davam edir.
***13.57
Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyan sülh müqaviləsi layihəsində ətrafında müzakirələr aparacaqlar.
Məlumata əsasən, nazirlərin görüşü Almaniya XİN-in Borsiq villasında keçirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...