Bələdiyyə seçkilərində gənclər də fəal iştirak edir
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin gedişi davam edir.
BAKU.WS çəkiliş qrupu 10 saylı Bİnəqədi III seçki dairəsində oldu. Seçki dairəsinin sədri Solmaz Kazımova bildirdi ki, seçkilər başlayandan seçici fəallığı müşahidıə olunur.
"Ümumilikdə 1271 seçici qeydiyyatdadır. Saat 13:00-a olan məlumata görə, seçicilərin təxminən 47 faizi səs verib", - deyə Solmaz Kazımova bildirib.
Qeyd edək ki, bu gün Əliyev Rafiq adlı seçici ilk səsverməsində iştirak edib.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
MSK sədri Məzahir Pənahov qeyd edib ki, seçici aktivliyi haqqında saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da məlumatla canlı yayımlanacaq.
Qeyd edək ki, seçki ilə əlaqədar ölkədə qeyri-iş günüdür.
Ziya SƏCCAD
Qalereya
Oxşar xəbərlər
Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Pakistanın diaspor və insan resurslarının inkişafı üzrə naziri Çauduriy Salik Hussainqa və Nigeriyanın D...