Belarusun Baş naziri: Azərbaycanla çoxşaxəli əməkdaşlıq qarşılıqlı hörmət şəraitində inkişaf edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Əminəm ki, Belarus ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlıq dost xalqlarımızın rifahı naminə bundan sonra da qarşılıqlı hörmət və etimadlı dialoq şəraitində inkişaf edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Belarusun Baş naziri Aleksandr Turçinin Azərbaycanın Baş nazirinə ünvanladığı məktubda deyilir.
"Hörmətli Əli Əsədov, Belarus Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağım münasibətilə təbriklərinizə görə səmimi minnətdarlığımı qəbul edin. Fürsətdən istifadə edərək, Sizə cansağlığı, mühüm dövlət vəzifələrinin həllində yaradıcılıq enerjisi arzulayıram", - məktubda bildirilir.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko martın 10-da ölkənin Baş naziri vəzifəsinə Aleksandr Turçini təyin edib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...