Belarus səfiri regionun turizm potensialı ilə tanış olmaq üçün Qarabağa səfər edib
Yeniliklərdən dərhal xəbərdar olun
Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç diplomatik missiyanın əməkdaşları ilə birlikdə turizm və istehsal potensialını öyrənmək üçün Qarabağ bölgəsinə səfər edib.
BAKU.WS report-a iatinadən xəbər verir ki, bu barədə səfirliyin "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.
"Belarus nümayəndə heyəti əvvəllər xarici qonaqlar üçün əlçatmaz olan Laçın, Ağdərə, Şuşa, Zəngilan, Kəlbəcər, Xocalı, Ağdam rayonlarının, eləcə də Xankəndi şəhərinin unikal təbiəti, zəngin tarixi və inkişaf imkanları ilə tanış olub", - diplomatik missiyanın məlumatında bildirilib.
Qeyd olunub ki, tərəflər Belarus ali məktəbləri ilə Qarabağ Universiteti arasında əməkdaşlığın təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərini bir daha təsdiqləyiblər.
Səfər zamanı diplomatlar həmçinin istehsal obyektlərinə baş çəkib və işğaldan azad edilmiş ərazilərdə birgə əməkdaşlıq layihələri çərçivəsində Belarusla Azərbaycan arasında ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə ediblər.
"Səfirlik Qarabağa səfərdə göstərilən yardıma görə Azərbaycan Prezidentinin qeyd olunan rayonlardakı xüsusi nümayəndəliklərinə, Xarici İşlər Nazirliyinə və Prezident Administrasiyasına minnətdarlığını bildirir", - səfirliyin məlumatında qeyd olunub.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...