Bayramov və Lavrov Qarabağla bağlı razılaşmanın həyata keçirilməsini müzakirə edib - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan və Rusiya xarici siyasət idarələrinin rəhbərlərinin telefon danışığı barədə məlumat yayıb.
XİN-dən BAKU.WS-ə verilən məlumata görə, Ceyhun Bayramov və Sergey Lavrov bölgədə mövcud olan cari vəziyyət, üç ölkənin liderləri tərəfindən imzalanan birgə bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı həmçinin bölgənin münaqişədən sonrakı mərhələdə inkişafı məsələləri müzakirə edilib və bu xüsusda, üç ölkənin Baş nazirlərinin müavinlərinin rəhbərliyi altında fəaliyyət göstərən üçtərəfli İşçi Qrupunun fəaliyyəti vurğulanıb.
Eyni zamanda tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
*** 14:07
Bu gün Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı baş tutub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, söhbət zamanı XİN başçıları ikitərəfli münasibətlərin aktual məsələlərini, regional və beynəlxalq gündəmlə bağlı müzakirə aparıblar.
Nazirlər koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, çoxşaxəli Rusiya-Azərbaycan münasibətlərinin uğurla inkişaf etdiyini və qarşılıqlı ticarət-iqtisadi əlaqələrin artdığını məmnunluqla qeyd ediblər.
Ceyhun Bayramov və Sergey Lavrov Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının, xüsusilə Dağlıq Qarabağda humanitar problemlərin həllinə dair razılaşmaların həyata keçirilməsinə toxunublar.
“Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin ortaq sədrliyi ilə Üçtərəfli İşçi Qrupunun bölgənin münaqişədən sonrakı inkişafına verdiyi mühüm töhfə vurğulanıb”, - Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
Oxşar xəbərlər
Azərbaycan Respublikası və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi - TAM MƏTN
İyunun 15-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad olunan Şuşa şəhərinə tarixi səfər edib və Qarabağın ürəyi olan...