Bayraktar və digər pilotsuz aparatlarımız təlim uçuşları keçirir - FOTO
15
may
2021
14:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri, Bayraktar və müxtəlif tipli digər pilotsuz uçuş aparatları hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarına başlayıb.
BAKU.WS xəbər verir ki, aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilir.
Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə aparılan məşqlərdə hərbi pilotlar və PUA operatorları tapşırıqları gecə və gündüz vaxtı icra edir.
Təlim-məşqlərində hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilir.
Oxşar xəbərlər
Azərbaycan hansı ölkədən nə qədər silah alıb? - SİYAHI
"Azərbaycan Ordusu bu gün bir neçə ölkə ilə yaxın sferada əməkdaşlıq edir. İlk növbədə Rusiya, daha sonra İsrail, Türkiyə, Belarus və digər ölkələrin silahları...