“Bayraktar” PUA-sının yaradıcısı: “Əl boyda körpəyə toxunan qorxaqdır”
Yeniliklərdən dərhal xəbərdar olun
“Savaşın belə bir əxlaqı var! Tank tanka, təyyarə təyyarəyə, hərbçi hərbçiyə, tüfəng tüfəngə...”
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdar tvitterdə yazıb.
“Müdafiəsiz məsum dinc sakinlərə, uşaqlara, əl boyda körpəyə toxunan zalımdır, qorxaqdır, canavardır...”.
O həmçinin yazdığı tvitdə #Gence, #Mingeçevir, #ArmeniaKillsChildren, #ArmenianTerrorism, #SeninleyizAzerbaycan heştaqları ilə Azərbaycana dəstəyini ifadə edib.
Oxşar xəbərlər
Azərbaycan hansı ölkədən nə qədər silah alıb? - SİYAHI
"Azərbaycan Ordusu bu gün bir neçə ölkə ilə yaxın sferada əməkdaşlıq edir. İlk növbədə Rusiya, daha sonra İsrail, Türkiyə, Belarus və digər ölkələrin silahları...