Baydenin oğlu rumıniyalı iş adamından milyonlarla dollar alıb
Amerika prezidentinin oğlu Hunter Bayden atasının vitse-prezident işlədiyi dövrdə ABŞ hökumətinə təsir göstərmək üçün rumıniyalı biznesmendən milyonlarla dollar alıb.
Bu barədə "RİA Novosti" agentliyi prokurorluğun məhkəmə sənədlərinə istinadən xəbər verib.
Müstəntiqlər qeyd ediblər ki, Amerika liderinin oğlu lobbiçi, məsləhətçi və hüquqşünas kimi xarici şirkətlərdən və ştatlardan xeyli gəlir əldə edib.
Prokurorluğun aydınlaşdırdığı kimi, Bayden vətənində cinayət təqibi altında olan rumıniyalı iş adamı Qabriel Popoviç üçün işləyib və ona qarşı irəli sürülən rüşvət ittihamlarına etiraz etmək istəyib.
Sənədlərdə deyilir: “Hökumət müttəhimin və biznes tərəfdaşının ABŞ siyasətinə və ictimai rəyinə təsir göstərməyə cəhd edən əcnəbi direktordan təzminat almasına dair sübut təqdim edəcək”.
Bundan əvvəl Hunter Bayden atasının seçki kampaniyasını davam etdirməsini və seçkilərdə iştirakını arzuladığını bildirmişdi.
Oxşar xəbərlər
Bayden və Tramp debatda bir-birinə nələri dedilər? - Çıxışların ən maraqlı hissəsi
ABŞ tarixində ilk dəfə sabiq və hazırki prezidentlər arasında debat baş tutub. BAKU.WS RT-yə istinadən xəbər verir ki, dünən Corciya ştatının Atlanta şəhərində...