Baydenin müşaviri: “Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayırıq”
Yeniliklərdən dərhal xəbərdar olun
"Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayır və dialoqun davam etdirilməsini təşviq edirik".
Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyanla görüşdən sonra tvitterdəki hesabında yazıb.
“Biz Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayırıq və dialoqun davam etdirilməsini təşviq edirik. Davamlı və ədalətli razılaşma hər iki ölkə və region üçün imkanların açılması üçün əsas olacaq”, - Ceyk Sallivan qeyd edib.
O, görüşdən razı qaldığını bildirib.
Good to host @AraratMirzoyan & @Bayramov_Jeyhun together at the White House today. We welcome the progress Armenia & Azerbaijan have made in talks & encourage continued dialogue. A sustainable & just agreement will be key to unlocking opportunities for both countries & the region
— Jake Sullivan (@JakeSullivan46) May 3, 2023
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...