Baş Qərargah rəisi: "Azərbaycan Ordusu müasir ordu modelinə uyğunlaşdırılır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Hazırda Azərbaycan Ordusunun müasir ordu modelinə, xüsusilə Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılır".
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyənin 30 Avqust - Zəfər Bayramına həsr olunan tədbirdə çıxış edərkən söyləyib.
"Ölkələrimiz arasındakı hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir. Bu birlikdə regionda əmin-amanlığın və sabitliyin qorunmasına töhfə verir", - Baş Qərargah rəisi vurğulayıb.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...