Baş Prokuror: "Hazırda Ermənistan sərhədyanı bölgədə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa edir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Hazırda Ermənistan sərhədyanı bölgədə, Arazdəyəndə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa edir".
BAKU.WS xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Naxçıvanda keçirilən Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı konfransında çıxışı zamanı deyib.
Baş prokuror bildirib ki, iri metallurgiya zavodunun inşası və zəhərli maddələrin Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına tökülməsi böyük cinayətdir: "Biz bunu dəfələrlə müzakirə etmişik və ötən iki gün ərzində Türkiyəli həmkarlarımızla yenə də müzakirə etdik. Araz çayının çirklənməsi su ehtiyatlarının keyfiyyətinə, həmçinin bu zonada olan fauna və floraya də birbaşa təsir göstərir. Sədərək rayonunun yaxınlığında tikiləcək zavodun fəaliyyəti nəticəsində təkcə Araz çayı çirkləndirilməyəcək, həmçinin havaya buraxılan zəhərli qaz fauna və floraya ciddi tasir göstərəcək. Həmçinin, metallurgiya zavodu fəaliyyətə başlayarsa, geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə səbəb olacaq. Ermənistan yenə beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəalarını kobud surətdə pozur. Bu, Ermənistanın beynəlxalq ekoloji hüquq normalarına riayət etməməsi kimi ilk hal deyil".
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...