Baş Nazir Livana maliyyə yardımının göstərilməsi barədə sərəncam imzalayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üçün Livan Respublikasının humanitar yardıma ehtiyacını nəzərə alaraq, həmin ölkəyə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 1 000 000 (bir milyon) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılacaq.
BAKU.WS-in məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədov Livan Respublikasına maliyyə yardımının göstərilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etməlidir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...