Baş konsul: "Türk iş adamları Gəncədə fəaliyyətini genişləndirəcək"

Baş konsul: Türk iş adamları Gəncədə fəaliyyətini genişləndirəcək
Siyasət 44
"Gəncə iqtisadi imkanlarına görə Azərbaycanın coğrafi baxımdan ən münbit ərazisində yerləşir. Bu şəhərdən istər hava, istər quru, istərsədə dəmiryolu vaistəsi ilə ətraf ölkələr çıxış mümkündür. Türk iş adamları Gəncə şəhərində yeni iş imkanlarının yaradılmasına sərmayə yatıracaq". Bu fikirləri BAKU.WS-in bölgə müxbirinə Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk bildirib. Diplomat qeyd edib ki, artıq Bakıda çalışan türk iş adamlarına Gəncənin iqtisadi imkanları ilə bağlı tam məlumat verilib: "Ötən il Bakıda fəliyyət göstərən iş adamları Gəncəyə gəldi və şəhərin iqtisadi potensialı ilə tanış oldular. Çox müsbət fikirlər var. Xüsusən xalçaçılıq, turizim, eləcədə sənaye sahələri üzrə maliyyə yatırımı ola bilər. Bizlər də bu istiqamətdə hər bir köməkliyi göstərməyə hazırıq".

Son xəbərlər