Baş nazirin birinci müavini seçici hüququndan istifadə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov növbədənkənar parlament seçkilərində səs verib.
"Report" xəbər verir ki, o, 7 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində səs verib.
Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.
Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...