“Bandotdel"in xüsusi əməliyyatla tutduğu Gülər Əhmədovanın oğlundan YENİ XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Keçmiş deputat Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovun məhkəməsinin vaxtı məlum olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 4-nə təyin edilib.
Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov saxlanılıb.
Onun idarə etdiyi BMW markalı avtomobilə baxış keçirilən zaman 1 ədəd “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə cinayət işi başlanılıb.
T.Əhmədov keçmiş deputat Gülər Əhmədovanın oğludur.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə...