Atıcılıq Federasiyasına yeni vitse-prezident təyin edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Atıcılıq Federasiyasına yeni vitse-prezident təyinatı olub.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, polis polkovnik-leytenantı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) şöbə müdiri Tofiq Bəylərov bu qurumun üçüncü vitse-prezidenti olub.
Xatırladaq ki, Atıcılıq Federasiyasının prezidenti daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovdur. Digər iki vitse-prezident daxili işlər nazirinin müavini, general-leytenant İsmət Əliyev və stend atıcılığı üzrə olimpiya çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti və polis polkovniki olan Zemfira Meftahəddinovadır.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...