BAKU.WS-in çəkiliş qrupu seçki məntəqəsində olub

BAKU.WS-in çəkiliş qrupu seçki məntəqəsində olub
Foto
Siyasət 313

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar səsvermə məntəqələrinin əksəriyyətində seçici aktivliyi müşahidə edilir.

BAKU.WS çəkiliş qrupu şəhid Rizvan Pirnəzərov adına 299 №-li məktəb-liseyində yerləşən 10 saylı Binəqədi III Seçki Dairəsinin 5 saylı Seçki Məntəqəsində reportaj hazırlayıb.

Məntəqənin sədri Solmaz Kazımova bildirdi ki, məntəqədə 1273 nəfər qeydiyyatdadır.

BAKU.WS-in çəkiliş qrupu seçki məntəqəsində olub

"Səhər saatları olmasına baxmayaraq, məntəqəmizə gələn seçicilərin sayı çoxdur. Seçici aktivliyi müşahidə olunur", - deyə məntəqə sədri bildirib.

Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir.

Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb.

Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

Ziya SƏCCAD

Son xəbərlər