Bakıda WUF13-də BMT-ni 20-yə yaxın yüksəkvəzifəli nümayəndə təmsil edəcək
01
may
2026
15:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
BMT mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərlər Forumuna (WUF13) 20-yə yaxın yüksəkvəzifəli nümayəndəsini göndərəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Qarabağa səfər çərçivəsində BMT nümayəndəsi İqor Qarafuliç jurnalistlərə bildirib.
"Gələn həftədən etibarən WUF13 çərçivəsində təşkilatın yüksəkvəzifəli nümayəndələri Azərbaycana gələcəklər. Onların arasında BMT Baş katibinin müavini Amina Məhəmməd, eləcə də təşkilatın 20-yə yaxın yüksəkvəzifəli nümayəndəsi var", - deyə Qarafuliç bildirib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...