Bakıda NATO-Rusiya danışıqlarının mümkün tarixi açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Qerasimov və NATO-nun Avropadakı Birgə Silahlı Qüvvələrinin Baş Komandanı Tod Uolters arasında danışıqları təxminən 6-7 fevral tarixlərində Bakıda keçirmək planlaşdırılır.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə diplomatik mənbədən məlumat verilib.
Məlumatda deyilir: "Qarşıdan gələn həftə, təxminən 6-7 fevral tarixlərində Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi, Müdafiə Nazirinin birinci müavini, ordu generalı Valeriy Qerasimov ilə NATO-nun Avropadakı Birgə Silahlı Qüvvələrinin Baş Komandanı, Amerikalı general Tod Uolters arasında danışıqlar planlaşdırılır. Görüşün gündəliyi barədə yalnız tərəflər bilirlər. Bakı ənənəvi görüş yeridir".
Qeyd edək ki, Rusiya-NATO formatında əvvəlki görüş noyabrın 26-da Bakıda keçirilib.
Oxşar xəbərlər
Bakıda NATO və Rusiya arasında növbəti görüş keçirilib
Bakıda NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piiçlə Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görü...