Bakıda NATO-nun təlim kursu keçirilir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən Hərbi İdarəetmə İnstitutunda "NATO-da operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi" təlim kursu keçirilir.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimin ilk günündə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərindən olan hərbi qulluqçularımıza mobil təlim qrupunun nümayəndələri tərəfindən "NATO və hərbi əməkdaşlıq", "NATO-da əməliyyatların planlama prosesi", "NATO-da əməliyyatların qiymətləndirilməsi", "NATO-da əməliyyatların analiz sistemləri" və digər mövzularda brifinqlər təqdim olunub.
Noyabrın 12-dək davam edəcək kursda iştirak edən dinləyicilərə aidiyyəti mövzular barədə məlumatlar veriləcək və müxtəlif məşğələlər təşkil ediləcək.
Oxşar xəbərlər
Bakıda NATO-nun təlim kursu keçirilib - FOTO
Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumd...