Bakıda keçirilən “Mustafa Kamal Atatürk-2021” təlimi başa çatdı - FOTO/ VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən “Mustafa Kamal Atatürk-2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərinin son mərhələsi hər iki ölkənin yüksək səviyyəli müşahidəçilərinin iştirakı ilə baş tutub.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, keçirilən təlimlər haqqında ərazinin maketi üzərində ətraflı məruzə edildikdən sonra yüksək səviyyəli qonaqlar təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olub, yerinə yetirilən tapşırıqların praktiki icrasını müşahidə ediblər.
Azərbaycan və Türkiyə ordularının təlimdə iştirak edən bölmələri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər.Birgə təlimlər müvəffəqiyyətlə başa çatdıqdan sonra qonaqlar şəxsi heyətlə görüşüb, fərqlənən hərbi qulluqçuları mükafatlandırıb və xatirə şəkli çəkdiriblər.
Qalereya
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...