Bakıda Estoniya səfirliyi fəaliyyətə başlayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
2026-cı ilin payızında Bakıda Estoniya səfirliyi açılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Estoniyanın Xarici İşlər Nazirliyindən bildirilib.
"Estoniyanın yeni təyin olunmuş səfiri Tiina Nirk hazırda Bakıdadır, Estoniya səfirliyinin açılışı isə payıza planlaşdırılır", - XİN nümayəndəsi bildirib.
Xatırladaq ki, 2025-ci ilin oktyabrında Estoniyanın xarici işlər naziri Marqus Tsahkna 2026-cı ildə Bakıda Estoniya səfirliyini açmaq planlarını elan etmişdi.
İndiyə qədər Estoniyanın Azərbaycandakı diplomatik missiyası iqamətgahı Ankarada (Türkiyə) olmaqla fəaliyyət göstərirdi.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...