Bakıda Azərbaycan-Türkiyə əməkdaşlığına həsr olunmuş tədbir keçirilir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Bakıda Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığa həsr olunmuş xüsusi sessiya keçirilir.
BAKU.WS Report-a istinadla xəbər verir ki, tədbiri giriş sözü ilə “Caspian Energy Club”ın (CEC) sədri və baş icraçı direktoru Telman Əliyev açıb.
Daha sonra isə CEC-in İdarə Heyətinin üzvü Avni Dəmirçi çıxış edib və bildirib ki, hər iki ölkə arasında münasibətlər 44 günlük Vətən Müharibəsi zamanı və ondan sonra ən yüksək səviyyəyə çatıb.
A.Dəmirçi tədbirin iki paneldən ibarət olacağını qeyd edib: "Birinci paneldə Azərbaycan və Türkiyənin iş adamlarının birgə fəaliyyəti, ikinci paneldə isə hər iki ölkənin biznesmenlərinin 3-cü ölkə bazarlarında bərabər iş imkanları müzakirə olunacaq".
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...