Bakıda Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşü keçiriləcək
03
okt
2025
16:32
Oktyabrın 13-14-də Bakıda Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşü keçiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Nazirlər Kabinetindən məlumat verilib.
Məlumata görə, Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfindən həmin ölkənin Baş nazirinin müavini Aleksey Overçuk, İran tərəfini isə yol və şəhərsalma naziri Fərzanə Sadiqi nümayəndə heyətlərinə rəhbərlik edəcəklər.
Üçtərəfli görüşdə nəqliyyat-logistika, energetika və gömrük məsələləri müzakirə olunacaq.
Oxşar xəbərlər
Azərbaycan ilə "UN-Habitat" arasında Şərqi Zəngəzurun dayanıqlı inkişafına dair saziş imzalanıb
BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) aras...