Bakı və Riqa hökumətlərarası komissiyanın iclasının tarixini razılaşdırıb

Azərbaycan və Latviya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti, doqquzuncu iclasının mayın 12-də Bakıda keçirilməsini razılaşdırıb.
"Report" Latviyanın Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ nazir Armands Krauzenin Azərbaycanın Riqadakı səfiri Elnur Sultanovla görüşündə müzakirə olunub.
Tərəflər latviyalı nazirin Azərbaycana planlaşdırılan səfərini, həmçinin ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
"Görüşdə Latviya tərəfinin əvvəllər təqdim etdiyi əməkdaşlıq təkliflərinə xüsusi diqqət yetirilib. Azərbaycan meşə təsərrüfatı sahəsində tərəfdaşlığın inkişafına xüsusi maraq göstərib", - məlumatda vurğulanıb.
Müsahiblər ölkələr arasında aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq, qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi üçün böyük potensialın olduğunu qeyd ediblər.
Qeyd edək ki, hökumətlərarası komissiyanın səkkizinci iclası 2022-ci ilin mayında Riqada keçirilib.
Oxşar xəbərlər
Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh və razılaşma mümkündür
Rusiya ilə Ukrayna arasında sülh və razılaşma mümkündür. "Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə iftar proqramında çıxı...
