Bakı-Tbilisi-Bakı qatarında kimlərə hansı güzəştlər tətbiq olunacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Tbilisi-Bakı beynəlxalq sərnişin qatarında uşaqlar üçün tətbiq olunan güzəşt və qaydalar açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Bildirilib ki, sözügedən marşrut üzrə beş yaşınadək uşaqlar ayrıca yer tutmamaq şərtilə pulsuz səyahət edə bilərlər. 5-10 yaş arası uşaqlar üçün isə səyahət sinfi, alış tarixi və mövsümdən asılı olaraq biletlərin qiymətinə 50 faizədək endirim tətbiq olunur.
Qurum sərnişinlərin nəzərinə əsas daşınma qaydalarını da çatdırıb:
- Beş yaşınadək bir uşaq üçün nəzərdə tutulan pulsuz bilet mütləq şəkildə rəsmi qaydada sənədləşdirilməlidir;
- Uşaqların qatarda səyahəti yalnız etibarlılıq müddəti bitməmiş xarici pasport əsasında mümkündür;
- Əgər uşaq ölkə hüdudlarından kənara yalnız bir valideynlə səyahət edirsə, digər valideynin, valideynsiz (digər şəxslərin müşayiəti ilə) səyahət edirsə, hər iki valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi (etibarnaməsi) təqdim olunmalıdır.
Qeyd edək ki, biletləri ADY-nin rəsmi saytından, "ADY Mobile" tətbiqindən və ya dəmiryol kassalarından əldə etmək mümkündür.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...