Bakı habı Somali üçün 100 milyon dollarlıq tarixi qrantın cəlb edilməsinə kömək edib

Bakı habı Somali üçün 100 milyon dollarlıq tarixi qrantın cəlb edilməsinə kömək edib
Siyasət 24

COP29 çərçivəsində təsis edilmiş Bakı habına hazırda dünyanın 40 ölkəsi qoşulub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qeyri-sabit və münaqişələrdən zərər çəkmiş ərazilərdə şəhər həlləri vasitəsilə iqlimə sülhyönümlü müsbət təsir" mövzusunda panel sessiyasında bildirib.

"Bakı habı bu təşəbbüsün həmmüəllifləri qismində çıxış edən Böyük Britaniya, Almaniya, İtaliya, Misir, Uqanda və Birləşmiş Ərəb Əmirliklərini birləşdirib. Platformaya 300 sülh uğrunda təşkilat, 40 dövlət, eləcə də BMT-nin onlarla qurumu, çoxtərəfli inkişaf bankı və iqlim fondu qoşulub. Yalnız Bakı habı platformasında aparılan danışıqlar sayəsində Yaşıl İqlim Fondu tərəfindən Somali üçün 100 milyon ABŞ dolları məbləğində qrantın ayrılmasını təmin etmək mümkün olub - bu, bütün tarix ərzində ilk dəfə baş verib", - E.İsgəndərov vurğulayıb.

Son xəbərlər